Tuesday, March 10, 2009

«Heydər Əliyev aeroportunda mən azərbaycanlı olduğumla fəxr etmirdim»

Amerikalı jurnalist Don Rey Bakı hava limanını vanna otağına bənzədir

04.02.2009
Azərbaycan CNN, Euronews telekanallarında Şərq və Qərb sivilizasiyalarının qovuşduğu yer kimi reklam olunur, məqsəd ölkəyə daha çox turist gətirməkdir. Ancaq Bakı Beynəlxalq Hava Limanına ilk dəfə ayaq basan əcnəbilərin heç də hamısı buranı yaxşı sözlərlə xatırlamır.

Bakıya gələn xaricilərin bir qismi də əslən Azərbaycandan olub xaricdə böyüyən insanlardır. Vəfa Cəfərova da belələrindəndir. O, İsveçdə böyüyüb. Bizimlə söhbətində ilk dəfə Bakıya səfərini belə xatırlayır:

Azərbaycanda turizm haqqında reklam çarxı

«Aeroport terminalına qədəm qoyan kimi xaricilərdən ibarət uzun bir növbə ilə qarşılaşdıq. Biz də növbədə gözləyəndə aydın görünürdü ki, aeroport əməkdaşları müxtəlif sərnişinlərə növbədənkənar viza təşkil edirlər. Bundan səbirlə növbədə gözləyən əcnəbilər bərk əsəbləşirdilər. Bizim növbə çatanda pəncərədə oturan oğlan dedi ki, ona müraciət etməzdən əvvəl bir başqa pəncərədə sərhəd nəzarətindən keçmək lazımdır. Aydın deyildi, əgər bu pəncərəyə ikinci növbədə yaxınlaşmaq gərək idisə, niyə onu düz giriş qapısının yanında yerləşdirmişdilər. Sərhəd qoşunlarının nəzarət pəncərəsi isə zalın dərinliyində idi. Belə çıxırdı ki, nahaqdan vaxt itirmişdik, sərhəd xidməti qarşısında da uzun növbə var idi. 2 saata yaxın növbələrdə durandan sonra viza alıb aeroporta daxil olduq. Bizdən fotoşəkillərə və vizaya görə pul alsalar da, heç bir qəbz vermədilər. Xarici vətəndaşlar həm də ondan əsəbiləşirdilər ki, niyə pəncərələrin sayını artırmırlar, axı zalda kifayət qədər aeroport əməkdaşı əli cibində durub növbəni gözdən keçirir, arabir kiməsə növbədənkənar viza almağa yardımçı olurdular.

Nəhayət bütün formallıqlardan keçəndən sonra aeroporta daxil olduq. Burada yazılı heç bir məlumat yox idi. Adamlardan soruşandan sonra aydınlaşdırdıq ki, hava limanından Bakıya getməyə heç bir nəqliyyat yoxdur. Məcbur olduq taksi tutmağa.

Mən Bakıdan əvvəl dünyanın 27 ölkəsinə səfər etmişdim. Məsələn, Misirdə bizim pasportları təyyarənin pilləkənində alıb, aeroport binasına daxil olanda artıq viza vurulmuş şəkildə özümüzə qaytarmışdılar.

Bakı aeroportunda isə hər şey sanki elə təşkil olunub ki, bura bir dəfə ayaq basan adam ikinci dəfə gəlməsin. Mən Heydər Əliyev aeroportunda azərbaycanlı olmağımla qətiyyən fəxr etmirdim».

Hazırda Havay adalarında araşdırma aparan jurnalist Don Rey «Azadlıq» radiosuna deyir ki, Bakı aeroportunda iki dəfə olub və viza almaq uçun uzun növbələr görüb. Hər dəfə viza qaydaları dəyişdiyindən, əcnəbilər əməlli-başlı çaşıblar:

Aeroportda viza gözləyən qadın

«Mən birinci dəfə gələndə, şəkil çəkmək üçün adamları harasa göndərirdilər, ikinci dəfə elə həmin yerdə şəklini çəkirdilər, ancaq bunun üçün həddən artıq çox pul alırdılar. Mən başa düşdüm ki, işçilər istədiklərini edirlər, bu vəziyyətə hazır olmayanlardan çoxlu pul alırlar».

Don danışır ki, o vaxt bir yaşlı qadının pulu olmadığına görə, növbədə o qədər dayanıb ki, növbədəkilər onun üçün də pul yığıb vizasını alıblar.

Jurnalistin bəxti gətirib ki, onu Bakıya göndərənlər lazımi sənədlərdən xəbərdar ediblər. Ancaq ikinci dəfə gələndə, vizanın qiyməti qalxıb, yaxşı ki, jurnalistin üstündə artıq pul olub. Don deyir ki, elə bil şüşənin arxasında oturanlar istənilən vaxt qaydaları dəyişir və sən heç nə edə bilmirsən:

«Aeroportda səndən birbaşa rüşvət istəyən olmasa da, pullu xidmətlər təklif edən işçilər varıydı, məsələn, 2-3 dollarlıq xidmət üçün 20 dollar istəyirdilər».

«Azərbaycan Hava Yolları» (AZAL) Dövlət Konsernindən Məhərrəm Səfərli hava limanında xidmətin səviyyəsi barədə deyilənlərlə razılaşmır. Əksinə bildirir ki, AZAL-a xarici ölkələrdən təşəkkür məktubları göndərənlər də var:

«Konkret fakt göstərmək lazımdır. Bu yaxınlarda bir işçi şəxsi münaqişə zəminində bir qohumunu aeroporta buraxmamışdı. Biz onu işdən çıxardıq».

Heç də bütün ölkələrin vətəndaşları hava limanında viza almaq hüququna malik deyil, bəziləri Azərbaycana gəlmək üçün öz ölkələrindəki səfirliklərdən viza almalıdırlar. Bu hüququ olanlar üçünsə vizaların rüsumları qarşılıqlıdır. Xarici İşlər Nazirliyindən Xəzər İbrahim:

«Hansı ölkə bizə 100 dollar tətbiq edirsə, biz də 100 dollar tətbiq edirik, 1 dollardısa, biz də 1 dollar qoyuruq».

Son altı ayda Azərbaycana gələn turistlərin sayı azalıb ya yox, bunu dəqiq bilən yoxdur. Mədəniyyət və Turizm Nazirliyindən deyirlər ki, hələ yeni statistika yoxdur, onlarda ötən ilin ilk altı ayına olan rəqəmlərdir.

Həmin rəqəmlərə görə, Azərbaycana 700.000-dən çox əcnəbi gəlib. Nazir Əbülfəs Qarayevsə APA-ya deyib ki, bu il Azərbaycana turist axınının azalacağı gözlənilir, bu da qlobal iqtisadi böhranla bağlıdır.

Amerikalı jurnalist Don Rey Bakı hava limanını vanna otağına bənzədir:

«Bakı elə bir yerdir ki, xüsusi səbəb olmadan ora getmək istəyən çətin tapılar. Çoxu iş dalınca gedir. İnanmıram ki, bura gələn təsadüfi turist ikinci dəfə gəlmək istəsin. Bakı aeroportunda olmaq turistlər üçün soyuq duş effekti yaradır».

Bu, bir amerikalı jurnalistin təəssüratlarıydı.

Mənim xaricə ilk səfərim Praqaya olmuşdu, Frankfurtdan uçmalıydım.

Təcrübəsizliyimdən Frankfurt-Praqa reysinə gecikmişdim. Yaxınlaşdığım ilk uniformalı alman mənə ingiliscə ikicə cümlə dedi:

«Narahat olmayın, bura Frankfurtdur».

Yarım saatdan sonra növbəti təyyarəylə Praqaya uçurdum…

http://www.azadliq.org/content/Article/1378597.html

Monday, March 9, 2009



I will tell you a story of one guy. He sits right next to me and I am getting quite allergic to him. He used to be very good and very very kind person. But whenever his friend appeared, he started showing off to him and annoying me. And I am a kind of person, who takes revenge for everything. I decided to take the revenge for his showing off attitude and I decided to edit his picture that I had in my computer. So this is him. Before and after... (true, there is not much difference between them, but uh, whatever...)
This is him before...

This is him after...

Revenge is over.... I am happeeeeeeyyy!!!

MY DREAMS



I want a skate like this...




I want a car like this...








To drive in a road like this...












I want a cell phone like this...






I want a computer like this...
And I think Coke should be produced like this...
And all the girls should be like this.... :P